RU
Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb
12:17
433

Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb

Bakının Binəqədi rayonunda avtobusda sərnişin bədən xəsarətləri alıb.

Hadisə bu gün səhər saatlarında 92 nömrəli marşut xətti üzərə hərəkət edən avtobusda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində hərəkətdə olan avtobusun sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman ayaq üstə dayanan Rəşid adlı ahıl yaşlı kişi müvazinətini itirərək avtobusdakı oturacaqlara çırpılıb.

Baş və bədən nahiyəsindən xəsarət alan sərnişin yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ