Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az oxu.az-a istinadən xəbər verir ki, qəza ehtiyat hissələri anbarının yaxınlığında qeydə alınıb.
Minik avtomobili piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Xəyalə Qəhrəmanovanı vurub.
Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








