RU
Bakıda avtomobil 8 yaşlı uşağı vuraraq ayağını sındırıb
10:00
133

Bakıda avtomobil 8 yaşlı uşağı vuraraq ayağını sındırıb

Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq ayağını sındırıb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində yolu keçən 2014-cü il təvəllüdlü İsrafilli Tunar Anar oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ