RU
Bakıda avtomobil aşdı: ölən və yaralanan var
10:11
376

Bakıda avtomobil aşdı: ölən və yaralanan var

Bakıda ağır yol qəzası baş verib.
Suraxanı rayonu ərazisində, Hövsan-Türkan yolunda "Ford" markalı, 90 TS 366 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə nəqliyyat vasitəsini idarə edən 27 yaşlı kişi hadisə yerində vəfat edib. Avtomobildə olan 17 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./lent.az
7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ