RU
Bakıda avtomobil atəşə tutuldu
10:35
426

Bakıda avtomobil atəşə tutuldu

Güllə sürücünün baş nayihəsindən dərisini sıyırıb keçib

Bakıda silahlı insident olub.

Hadisə gecə saatlarında Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Eldəniz Eyvazovun idarə etdiyi "Renault” markalı avtomobilə tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə avtomobilin şüşələri sınıb, güllələrdən biri E. Eyvazovun baş nayihəsindən dərisini sıyırıb keçib.

E. Eyvazov Sabunçu şəhər 3 saylı Klinik Xəstəxanasında ilkin tibbi yardımdan sonra buraxılıb. O, xəstəxanada verdiyi ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan güllə yarası aldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində S. Şahəliyev tutulub.

Ondan hadisədə istifadə etdiyi tapança götürülüb.//apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ