RU
Bakıda avtomobil beton arakəsməyə çırpıldı - FOTO/VİDEO
13:30
160

Bakıda avtomobil beton arakəsməyə çırpıldı - FOTO/VİDEO

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.

Hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Sadıqcan Əhmədov idarə etdiyi BMW markalı maşınla hərəkətdə olan zaman naməlum markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil onun qarşısında manevr edib. Bu zaman S.Əhmədov sükana nəzarəti itirib.

Həmin vaxt idarəetmədən çıxan BMW yolayrıcı beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktı Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır./APA


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ