Faktla bağlı araşdırmalar aparılır.
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub.
Hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır./oxu
7news.az








