Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Göyüş İlham oğlu yolun piyadalar üçün müəyyən edilməmiş yerindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır.
7news.Az








