RU
Bakıda avtomobil yolu keçən hamilə qadını vurub
11:00
188

Bakıda avtomobil yolu keçən hamilə qadını vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil yolu keçən Röya adlı hamilə qadını (soyadı dəqiqləşdirilir-red) vurub.

Hadisəni törədən Mirhəsən adlı sürücü (soyadı dəqiqləşdirilir-red) yaralını öz avtomobili ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıb.

Yaralıya sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ