RU
Bakıda avtomobildən 11 min manat pul oğurlanıb
13:10
240

Bakıda avtomobildən 11 min manat pul oğurlanıb

Bakıda avtomobildən 11 min manat pul oğurlanıb.

Bu barədə 7News.Az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Lökbatan qəsəbəsinin ərazisində "Ford” markalı avtomobildən 11 min manat pul oğurlamaqda şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ