RU
Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıb
11:40
35

Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıb

Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində "Mercedes” markalı bir avtomobildən 16 000 manat və 2 000 ABŞ dolları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ