RU
Bakıda avtomobildən geyim əşyaları və təmir-tikinti alətləri oğurlayanlar saxlanılıb
13:00
174

Bakıda avtomobildən geyim əşyaları və təmir-tikinti alətləri oğurlayanlar saxlanılıb

 

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində "VAZ-21011” markalı bir avtomobildən 2230 manat dəyərində geyim əşyaları, təmir-tikinti alətləri və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Babazadə və əvvəllər məhkum olunmuş Q.Babayev saxlanılıblar.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ