RU
Bakıda avtomobildən soyğunçuluq edən şəxs tutulub
23:30
1562

Bakıda avtomobildən soyğunçuluq edən şəxs tutulub

Bakıda avtomobildən soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.Səmədov mayın 16-da bir nəfərin ona məxsus "VAZ-2107” markalı avtomobildən içərisində 100 manat və 5000 rubl (100 manat) olan pulqabısının soyğunçuluq yolu ilə talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ