Bakı şəhər Sabunçu rayonunda 3 nəfərin yanıq xəsarətləri alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Qəsəbədə qaraj tipli avtomobil təmiri sexində Bünyamin Şükürova məxsus "Mercedes” markalı avtomobilin yanacaq çəni qəfil alovlanıb. Nəticədə qarajın sahibi Kamal Vəliyev, onun 8 yaşlı oğlu Mövlud, həmçinin avtomobil sahibinin 10 yaşlı oğlu Bünyamin müxtəlif dərəcəli xəsarətlər alıb.
Faltla bağlı araşdırma aparılır.








