RU
Bakıda avtomobilin şüşələri sındırılaraq salonu yandırılıb
13:45
52

Bakıda avtomobilin şüşələri sındırılaraq salonu yandırılıb

Bakı şəhərinin Nərimanov rayonu ərazisində "MAZ” markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ