Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb.
Hadisə Sabunçu rayonu "Megastrore" marketinin qarşısında qeydə alınıb.
Elşad Ramazanov idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobili ilə marketin qarşısında dayanmış, 1967-ci il təvəllüdlü Ramiz İsmayılovu vurub. Piyada ötən gün yaşadığı Tərtər rayonun Hacıqərvənd kəndində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.








