RU
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
387

Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək

Yaxın günlərdə Bakıda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi və Almaniya Federativ Respublikasının Özəlləşdirmə Qurumu nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu məlumatı jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət komitəsinin sədri Kərəm Həsənov bildirib.

Komitə sədri deyib ki, Almaniyanın GIZ təşkilatı tərəfindən təşkil olunacaq seminarda dövlət əmlakı sahəsində beynəlxalq təcrübə öyrəniləcək və təcrübə mübadiləsi həyata keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ