RU
Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi
12:51
185

Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi

Bakıda, "Azərsu” ASC-nin əməkdaşı intihar edib.

Qurum əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.

Onun Su Kanal İdarəsində maşinist işlədiyi bildirilir. İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.

 

Faktı Oxu.Az-a "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təsdiq edib:

"Onun iki azyaşlı övladı var. E.Quliyev nizam-intizamlı işçi olub".

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ