RU
Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb
18:45
170

Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb

Bakının Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 7NEWS.Az-a verilən məlumata görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ