RU
Bakıda baba 16 yaşlı nəvəsini qətlə yetirib
21:30
433

Bakıda baba 16 yaşlı nəvəsini qətlə yetirib

Bayramovun cinsiyyət orqanının kəsildiyi məlum olub.

Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub.

7news.az-ın APA-ya istinadən xəbərinə görə, Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.

R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.

Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ