RU
Bakıda bacı qardaşının evindən oğurluq etdi
12:58
299

Bakıda bacı qardaşının evindən oğurluq etdi

Bakıda ev sahibinin bacısı 1000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb. 

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. 

Belə ki, Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Buzovna qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin bacısı, Sabirabad rayon sakini S.Nəsirova saxlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ