Xəbər verdiyimiz kimi, dünən Bakının Yasamal rayonu, Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü piyadanın ölümünə səbəb olub.
Məhərrəmov Fərman Azad oğlu idarə etməsində olan "KİA” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən infarkt keçirib. İdarəetmədən çıxan avtomobil yol kənarında hərəkət edən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlunu vuraraq divara çırpıb.
Sürücü F.Məhərrəmov hadisə yerində dünyasını dəyişib. F.Abbasov isə açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyesində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. O, da xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Fariz Abbasov Bakıda uzun illər sığorta və bank sektorunda çalışıb. O, daha öncə Beynəlxalq Sığorta Şirkətinin icraçı-direktoru olub.
"1news.az”a istinadən Fariz Abbasovun və dəhşətli qəzanın fotolarını təqdim edirik:/qafqazinfo
7news.Az













