RU
Bakıda banka silahlı basqın edənin kimliyi bəlli oldu — TƏFƏRRÜAT / YENİLƏNİB
19:50
786

Bakıda banka silahlı basqın edənin kimliyi bəlli oldu — TƏFƏRRÜAT / YENİLƏNİB

"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın edən şəxsin kimliyi məlum olub.
 
 7News.Az ölkə.az-a istinadən xəbər verir ki, bu 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu basqın edib. 

Araşdırmalar zamanı məlum olub ki, N.Məmmədov ruhi əsəb xəstəsidir. 

Banka baqsın edən şəxs hazırda Yasamal RPİ-nin 27-ci polis bölməsində dindirilir.

***
"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

7News.Az report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ