Araşdırma aparılır.
Bakıda bankda oğurluq hadisəsi qeydə alınıb.
7news.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 24-də baş verib.
Məlumata görə, “Turanbank” ASC-nin Nizami rayon “Nur” filialında Bakı şəhər sakini Müşfiq Əhmədova məxsus çantanı oğurlayıblar.
Əməliyyat nəticəsində, çantanı oğurlamış paytaxt sakini Elvin Bədəlov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PB-yə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








