RU
Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub -
02:38
1265

Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub -

Paytaxtın Nobel prospektində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən “Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.

Qeyd edək ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ