Xəbər verdiyimiz kimi, bir necə gün öncə Bakıda gənc oğlan əmisi oğlu Elnur Balaşirin oğlu Nəsirovun başını kəsib.
Redaksiyamıza daxil olan məlumata görə öldürülən tələbə Lerik rayon təhsil şöbəsinin müdiri Balakişi Nəsirovun oğludur.
Məlumatda o da qeyd olunur ki, bu ailədə kriminal olaylar tez-tez baş verir.
7news.az xəbər verir ki, qətli törədən Elşən Nəzir oğlu Nəsirov Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakultəsinin II kurs tələbəsi imiş. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilsə də, ətraflı açıqlama verilmir. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.








