RU
Bakıda bazarda yanğın - YENİLƏNİB
10:40
418

Bakıda bazarda yanğın - YENİLƏNİB


Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

FHN-dən 7News.Az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.


07:37

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb.

Yanğın saat 03:48-də məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ