7News.az-ın məlumatına görə, bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub.
Digər hadisə isə rayonun Azadlıq prospekti ev 187, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, 1978-ci il təvəllüdlü İlqar Mustafayev dəm qazından boğularaq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.//BiG.AZ
7News.az








