RU
Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edildi – YENİLƏNİB
14:50
544

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edildi – YENİLƏNİB

Bakıda narkotiklə tutulan vəzifəli şəxsin kimliyi bilinib.

7news.Az xəbər verir ki, hadisənin təfərrüatı ilə bağlı "Ölkə.Az" məlumat əldə edib. 

Belə ki, saxlanılan 1979-cu il təvəllüdlü Quliyev Rövşən Məhsur oğludur. O, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəliyinin sədri Ağasəlim Əliyevin qızının həyat yoldaşıdır.

----

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

7news.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Məlumata görə, Suraxanı rayon Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı 1979-cu il təvəllüdlü R.Q. üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, R.Q.-nın qayınatası Suraxanı Rayon İcra Hakimiyyətində yüksək vəzifə tutur.

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ