Günorta saatlarında Bakının Sabunçu rayonunda bələdiyyəyə məxsus markası məlum olmayan minik avtomobili yanıb.
7news.az "Report"a istinadən bildirir ki, yanğın avtomobilin salonunda baş verib.
Maşının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.az








