RU
Bakıda beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb
13:40
252

Bakıda beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb

Bakının Qaradağ rayonunda yerləşən "Qobu Park-2” yaşayış kompleksində beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb.

 

Hadisə gecə saat 2-3 radələrində baş verib.

Məlumata əsasən, azyaşlının valideynləri boşanıblar. Uşaq anası ilə tək yaşayırmış. Onların kirayədə yaşadıqları bildirilir. Ana hadisə yerinə gələn polislərə marketə getdiyini, qayıdanda isə uşağı evdə görmədiyini deyib. Bir qədər sonra isə uşağın atası da hadisə yerinə gəlib./oxu

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ