RU
Bakıda betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı – YENİLƏNİB
19:55
605

Bakıda betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı – YENİLƏNİB

Bakıda metronun "Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.

7news.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

"Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, "Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi "VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir. 

***


Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib. 

7news.Az Lent.az-a istinadla xəbər verir ki, "Koroğlu" nəqliyyat qovşağında, Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpüdən beton qarışdıran ağırtonnajlı yük maşını aşıb. 

Hadisə zamanı kənardan hərəkət edən "VAZ" markalı minik avtomobili yük maşınının altında qalıb.

İlikin məlumata görə, "VAZ"-da olan bir nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ