RU
Bakıda bıçaqlanan iki nəfərdən biri hadisə yerində ölüb
21:30
2839

Bakıda bıçaqlanan iki nəfərdən biri hadisə yerində ölüb

Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.

7NEWS.Az xəbər verir ki, hadisə "Komsomol dairəsi” kimi tanınan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Əliyev Fərid Şahvələd oğlu və onun dostu Əliyev İrşad İlqar oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. Bıçaq zərbəsi F.Əliyevin ürəyinə tuş gəldiyi üçün o hadisə yerində ölüb. Yaralı İ.Əliyev xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət işi başlanılıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ