“Azərişıq” rəsmisi məsələyə münasibət bildirdi.
Bakıda binaların bloklarının işıqlandırılması ilə bağlı problemlər yaranıb.
Yasamal rayonu Nazim Hikmət 28, 30, 32 binalarında yaşayan sakinlər bildirirlər ki, əvvəllər binanın blokları “Azərişıq” ASC tərəfindən axşamlar işıqlandırılıb.
Lakin son 1-2 həftədir ki, bütün binalarda işıqlandırma dayandırılıb.
Onların sözlərinə görə, yaşadıqları Yasamal rayonun işıq idarəsindən baş vermiş hadisənin səbəbləri barəsində məlumat verilmir.
Bu məsələ ilə bağlı “Azərişıq” ASC rəsmisinin mövqeyini öyrənilib.
“Blok və küçə işıqlandırılmasına biz səlahiyyətli deyilik. Şəhərin İcra Hakimiyyətləri səlahiyyətlidir. Onlar bizim abonentlərdir. Nə qədər ehtiyacları varsa, “Azərişıq” ASC tələbatı ödəyir”, - deyə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib./oxu.az
7News.az








