Bakıda "VAZ” markalı avtomobil hamını heyrətləndirib.
Buna yolda hərəkətdə olan avtomobilin həddən artıq yüklənməsi səbəb olub.
Belə ki, baqajına lazımsız metal əşyalar yığılan "Jiquli” yükün ağırlığından az qala yerlə sürünə-sürünə gedirmiş. Qeyd edək ki, avtomobilin şəkilini Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namik Əliyev paylaşıb. O, şəkilə "başdan ayağa metallom” adını verib.








