RU
Bakıda bu kafedə siçovul gəzir - Video
13:40
421

Bakıda bu kafedə siçovul gəzir - Video

Bakıdakı tanınmış kafelərdən birində antisanitar şərait var. 

Bununla bağlı görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb. 

O qeyd edib ki, videonu  "Kardeşler” kafesində çəkib. Görüntülərdə bir gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi görünür. 

A. Niftəliyev qeyd edib ki, görüntü  "Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialda qeydə alınıb: "Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlasaq da, hələ ki, cavab ala bilmədik. 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ