RU
Bakıda bu marşrutun hərəkət sxeminə dəyişiklik edildi
21:00
470

Bakıda bu marşrutun hərəkət sxeminə dəyişiklik edildi

Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmir yolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınaraq 101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 

Bu barədə 7NEWS.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 
 
Dəyişikliyə əsasən, sabahdan marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib. 

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ