RU
Bakıda bu metronun əsas girişi
17:39
924

Bakıda bu metronun əsas girişi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Elmlər Akademiyası" stansiyasının birinci vestibülünün təmiri ilə bağlı hazırlıq işlərinə başlayıb.

7News.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, bu gün gecə saatlarından vestibüldə təmir işlərinə başlanacaq:

"Bununla bağlı hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb, ərazidə təhlükəsizlik hasarları çəkilib. Gecə saat 12-də vestibül tam bağlanacaq və sabahdan etibarən təmir işlərinə başlanacaq. Vestübülün bağlanmasına səbəb oradakı 3 eskalatorun istismar müddətini başa vurmasıdır. Buna görə də həmin vestibüldəki hər 3 eskalator söküləcək və yeni, müasir eskalatorlarla əvəzlənəcək. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir ediləcək. Təmir işlərinin təxminən 6 ay çəkəcəyi gözlənilir".

N.Paşayev bildirib ki, təmir müddətində sərnişinlər stansiyanın ikinci vestibülündən, yəni ikinci çıxışından giriş-çıxış kimi istifadə edəcəklər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ