Faktla bağlı araşdırma aparılır.
Bakıda cibgir tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, dekabrın 12-də Q.Qarayev prospektində yerləşən bazarda Qəbələ rayon sakini, 1968-ci il təvəllüdlü Mehriban Səmədovanın cibindən pul və mobil telefon oğurlanıb.
Nizami RPİ Cinayət-Axtarış Şöbəsi, Post-patrul xidməti bölməsi və 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səmədovanın cibindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Sakit Əliyev tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, o, dekabrın 5-də 51 saylı xətt avtobusunda Bakı şəhər sakini Zəhra Mayılovanın cibindən mobil telefon oğurlayıb.
Faktla bağlı araşdırma aparılır./oxu
7news.az








