RU
Bakıda cinsi azlıq olan iki nəfərə hökm oxundu -
13:56
394

Bakıda cinsi azlıq olan iki nəfərə hökm oxundu - "Sizə və prokurora güvənirəm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilənlər - cinsi azlıq nümayəndələri, 1982-cı il təvəllüdlü Qalib Nəbiyev və 1988-ci il təvəllüdlü Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7News.az xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hökm oxunub.

Q.Nəbiyev cinayət törətmədiyini deyib: "Cənab hakim, bizi bağışlayın. Sizə və prokurora güvənirəm. Bizə kömək edin".

F.Əliyev də ona verilməsini istəyib: "Göydə Allah yerdə siz deyirəm".

 

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar Türkiyə vətəndaşı Çalışkan Osmanın 420 manat və 4300 ABŞ dollarını pulunu, habelə mobil telefonunu quldurluq yolu ilə alıblar.//qafqazinfo

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ