Əməliyyat keçirilib.
Bakıda civə satan şəxs saxlanılıb.
7news.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Elxan Baxşıyev 1 kiloqram 297,94 qram zəhərləyici maddə olan metallik civəni 4000 manata satmaq istəyib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Baxşıyev civəni 4000 manata satarkən tutulub.
Araşdırma aparılır.
7news.Az








