RU
Bakıda çoxmərtəbəli binada yanğın baş verib
21:42
100

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Bakının Xətai rayonunda yerləşən 18 mərtəbəli binada yanğın qeydə alınıb.

7NEWS.Az xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binanın elektrik lövhəsindəki tüstülənmə ilə başlayıb.
Binanın 11-ci mərtəbəsində yerləşən mənzildə isə alovlanma müşahidə edilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Bina sakinləri təxliyyə edilib.

Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ