RU
Bakıda daha bir avtobus qəzaya uğradı: yolda tıxac yarandı
11:55
579

Bakıda daha bir avtobus qəzaya uğradı: yolda tıxac yarandı

Bu gün səhər saatlarında "Şaqman" markalı yük avtomobili Gənclik-Binəqədi istiqamətində sərnişin daşıyan 133 saylı avtobusla toqquşub.

7News.az xəbər verir ki, "Şaqman"ın sürücüsü çevik hərəkət edərək avtomobili əks istiqamətə döndərib. Ağırçəkili avtomobil daş hasara dəyərək dayanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Həmin istiqamətdə yolda uzun tıxac yaranıb./azvision


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ