Bakıda daha bir şəxs intihara cəhd edib.
7News.az xəbər verir ki, intihara cəhd ötən gün aeroport yolunda qeydə alınıb. Belə ki, özünü magistral yolda sürətlə keçən avtomobillərin altına atmaq istəyən şəxs yaxınlıqdan keçən şəxslər tərəfindən görülüb və onların yardımı ilə ihtihara cəhdin qarşısı alınıb.
İntihar cəhdinin qarşısını alan şəxsin Cebhe.info-ya verdiyi məlumata görə ,intihar etmək istəyən şəxs sosial durumundan və bank borclarından şikayət edib.
Müdaxilədən sonra şəxsi evinə yola salmaq mümkün olub.//Cebhe.info
7News.az








