RU
Bakıda daha bir qəza
12:54
1817

Bakıda daha bir qəza

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ilk qəza iyunun 17-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Bilal Alxasovun idarə etdiyi “Chevrolet” və Bakı şəhər sakini Camal Məşədiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub və avtomobillər yolun hərəkət hissəsində qalıb.

Həmin gün saat 01 radələrində Bakı şəhər sakini Rahib Seyfullayev idarə etdiyi “Niva” markalı avtomobili qeyd edilən avtomobillərə vurub. Nəticədə R.Seyfullayev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Qaradağ RPİ tərəfindən araşdırma aparılır./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ