RU
Bakıda daha bir QƏZA: Sürücü öldü - FOTO
12:15
509

Bakıda daha bir QƏZA: Sürücü öldü - FOTO

Bakıda ölümlə nəticələnən qəza baş verib.

7News.az report-a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1982-ci il təvəllüdlü Aydın Kosayev idarə etdiyi "Coca-Cola" şirkətinə məxsus "İsuzu" markalı kiçik tutumlu yük avtomobilini körpünün altındakı dirəyə çırpıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ