RU
Bakıda daha bir sərnişin avtobusu ağır qəza törətdi: ÖLƏN VAR
11:09
436

Bakıda daha bir sərnişin avtobusu ağır qəza törətdi: ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 7News.Az xəbər verir ki, dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

 

Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus "İ-Qafqaz" MMC şirkətinəməxsus olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ