Bakı-Sumqayıt yolunda qoçuluq edən taksi sürücüsü yolu kəsərək digər sürücünü söyüb.
Bu barədə sürücü qeydə aldığı videonu redaksiyamıza göndərib.
Fevralın 14-də Bakı-Sumqayıt yolunun üzü şəhər istiqaməti olan hissəsində (Beynəlxalq
Avtovağzalın yanında) sağ zolaqla hərəkət edən 99-AU-712 qeydiyyat nişanlı "Azsamand"
markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq sol zolaqda hərəkət edən
sürücünün qarşısına keçib. Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalından
istifadə edib. "Azsamand"-ın sürücüsü bundan əsəbiləşərək digər sürücünün qarşısını
kəsərək yolda hərəkəti məhdudlaşdırıb. Sonra avtomobildən düşüb qərəzli hərəkətlər
edərək səs siqnalından istifadə edən sürücünün şərəf və ləyaqətini alçaldan ifadələr
işlədib.
Videodan aydın şəkildə görünür ki, sürücünün əməlində konkret olaraq xuliqanlıq əlaməti
var.
O avtomobili saxlayaraq arxadan gələn bütün sürücülərin hərəkətini məhdudlaşdırıb və
əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq qərəzli hərəkətlər edib./Avtosfer.az








