Hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, Nobel prospekti ev 155, mənzil 15-də yaşayan Cəniyev Samir Sabir oğlu yaşadığı ərazidə qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı Təcili Yardım Stansiyasının əməkdaşları tərəfindən 3 nömrəli xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin müayinəsindən sonra Samir Cəniyevin hər iki ayağından kəsilmiş-deşilmiş yara aldığı məlum olub. Samir Cəniyevi stasionar müayinə üçün xəstəxanada saxlamaq istəsələr də, o öz ərizəsi ilə evə gedib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
Yaralının izahatı alınıb. Samir Cəniyevin qonşusu tərəfindən hansı səbəbdən bıçaqlanması təhqiqat araşdırmalarının sonunda bəlli olacaq./salamnews
7News.Az








