Bakının mərkəzində, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında dəhşətli cinayət törədilib.
7News.Az oxu24.com-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü İnarə Əli adlı qadın yaşadığı binada zorlanaraq, binanın 16-cı mərtəbəsindən aşağı atılıb. Hadisə yerinə gələn polis əməkdaşları araşdırmaya başlayıb. Müəyyən olunub ki, qadını binada tikintidə işləyən fəhlə əvvəlcə liftdə zorlamaq istəyib. Orada qadına güc tətbiq edərək əllərini bağlayıb və yuxarı aparıb. Qadını zorladıqdan sonra onun pullarını, qızıllarını, mobil telefonlarını götürüb.
Daha sonra qadının başına çəkiclə vuraraq öldürüb. Cəsədi 16-cı mərtəbədəki mənzilin pəncərəsindən küçəyə atıb. Hadisəni binada işləyən Mehdi Nəcəfov törədib.
Hadisə ilə bağlı ətraflı vidoenu təqdim edirik:
7News.Az








